28 C
Baku
21 İyul 2025, 1:41
Baş xəbər

“Xəzər dənizinin quldurları” uşaq teatr tamaşası!

Bugun.tv xəbər verir ki, Park Cinema gənc tamaşaçıları və onların valideynlərini 12 avqust saat 12:00-da, Park Bulvarda yerləşən Park Cinema Kids Hall zalında keçiriləcək “Xəzər dənizinin quldurları” adlı əyləncəli uşaq tamaşasına dəvət edir.

İn news”un məlumatına görə, “Xəzər dənizinin quldurları”—  igid piratlar və Xəzərin altında gizlənən xəzinənin axtarışına çıxarkən, onların qarşılaşdıqları inanılmaz sərgüzəştlər haqqında bəhs edən əyləncəli macəradır. Baş qəhrəmanlar müxtəlif sınaq və təhlükələrlə qarşılaşır, eyni zamanda, hər kəsin sevdiyi məşhur cizgi filmləri və nağılların qəhrəmanları ilə görüşürlər. Onlarla birlikdə uşaqlar əyləncəli dəniz macərasına qatılacaqlar.

Bu unudulmaz səyahət balacalara dostluğun nə qədər önəmli olduğunu, cəsur və köməkçil olmağı öyrədir, onlara xoş hisslər və xatirələr bəxş edir.

“Xəzər dənizinin quldurları” həm gənc, həm də böyük tamaşaçıları heyran edəcək təsirli vizual effektləri və möhtəşəm musiqi müşayiəti ilə ən xırda detallara qədər düşünülmüş unikal bir tamaşadır.

Tamaşa 4+ yaşında uşaqlar üçün eyni zamanda azərbaycan və rus dillərində nümaiş olunacaq.

Biletləri Park Cinema vebsaytından və kinoteatrın kassalarından əldə etmək olar.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Politoloq T.İsmayılov “Rusiya sülhməramlıları əndazələrini aşıblar”

Elnarə Dərziyeva

Meteorologiyadan fırtına xəbərdarlığı

Teymur Əziz

Öz dəfnini görmək istəyirsən? Diri-diri basdırılacaq adamlar axtarılır!

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu