18 C
Baku
20 Sentyabr 2024, 2:03
Baş xəbər

Yəmən Ənsarullah Hərəkatı: Biz daha bir ABŞ pilotsuz təyyarəsini vurduq

Yəmən Ənsarullah Hərəkatı Qəzzaya hücumların başlamasından bu yana onuncu dəfə işğalçı ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.

Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri bildirib ki, qrup Dhamar əyalətinin hava məkanında uçan ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatını vurub.

Ötən çərşənbə axşamı sözçüsü Yəhya Seri hava hücumundan müdafiə sistemlərinin “Səade əyalətinin hava məkanında düşmənçilik hərəkətləri həyata keçirən” ABŞ MQ-9 pilotsuz uçuş aparatını vurmağa müvəffəq olduğunu bildirib.

Seri, “Yəmən Silahlı Qüvvələri ərəb və İslam ümmətinin bütün üzvlərini Amerika və İngiltərənin dəstəyi ilə bir ilə yaxındır soyqırıma məruz qalan Fələstin xalqına qarşı dini, mənəvi və humanitar vəzifələrini yerinə yetirməyə çağırır. Yəmən Silahlı Qüvvələri ərəb və İslam ümmətinin bütün üzvlərini hücumlar dayanana və Qəzza zolağındakı fələstinliləri öz dini, əxlaqi və humanitar vəzifələrini yerinə yetirməyə çağırıb” ifadəsini işlədib.

Bu, oktyabrın 7-də ABŞ-ın dəstəyi ilə sionist rejimin Qəzzaya qarşı müharibəsinin başlamasından bəri vurulan onuncu ABŞ pilotsuz təyyarəsidir.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Qədim şəhərə edilən terrordan iki il ötür

Aynur Camal

Şuşa Bəyannaməsinin imzalanmasından bir il keçir

Aynur Əfəndi Zadə

Ölkədə Ramazan bayramı qeyd olunur

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu