36 C
Baku
20 İyul 2025, 15:26
Dünya

Yəmənin cənubunda bomba yüklü avtomobilin hücumu nəticəsində 14 əsgər həlak olub

Yəmənin Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurasının nəzarəti altında olan Abyan şəhərində bomba yüklü avtomobilin hücumu nəticəsində 14 əsgər şəhid olub, 17 əsgər yaralanıb.

Adının açıqlanmasını istəməyən yerli təhlükəsizlik rəsmisi Çinin rəsmi xəbər agentliyi Sinxua-ya verdiyi açıqlamada Cənub Keçid Şurasının 3-cü briqada qüvvələrini hədəf alan hücumun yerli vaxtla səhər saat 07:00 radələrində Abyan vilayətinin Mudiye rayonunda baş verdiyini bildirib.

Rəsmi, hücumçunun partlayıcı yüklü avtomobillə hərbi nəzarət məntəqələrini pozduğunu və daha sonra Mudiyedəki qüvvələrin müvəqqəti bazası olaraq istifadə edilən məktəbin qərargahında bombanı işə saldığını bildirib.

İlkin məlumata görə, partlayış nəticəsində 14 əsgər həlak olub, bəziləri ağır olmaqla 17 nəfər yaralanıb.

Rəsmi bildirib ki, vəziyyəti ağır olan əsgərlər səbəbindən ölənlərin sayı arta bilər.

Yerli təhlükəsizlik rəsmiləri partlayışın xarakteri və hədəfini nəzərə alaraq Əl-Qaidənin əli olduğundan şübhələnirlər.

Mənbə:   İLKHA

İntizar Əmirova

Oxşar xəbərlər

Nyu Yorku Dublinə birləşdirən sirli portal açılıb

Aynur Camal

Rusiya iki Ukrayna əsgərinin Krasnı Liman bölgəsində təslim olduğunu bildirdi

Bugün TV

1941-1945-ci illəri əhatə edən 200.000 səhifəlik sovet qəzetləri toplusu internetdə işıq üzü görüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu