İsrailli yəhudi köçkünlərin hörmətsizliyi və təxribatları davam edir.
Aprelin 22-də başlayan Pasxa bayramı çərçivəsində İordan çayının qərb sahilinin Hebron şəhərindəki İbrahim məscidinə onlarla yəhudi köçkün basqın edərək ayin icra ediblər.
Anti-məskunlaşma fəalı Mufid al-Şarabati İsrail ordusunun “Hebronun bir çox məhəllələrini hərbi kazarmalara çevirdiyini, dükanları bağladığını və sakinlərin ərazidə hərəkət etməsinə mane olduğunu” söyləyib.
Fələstin təşkilatlarının rəqəmlərinə görə, işğal altındakı Qüds də daxil olmaqla, İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində 164 yaşayış məntəqəsi və 124 forpostda təxminən 650 min israilli məskunlaşıb.
İsrail qüvvələri Hebronda radikal məskunlaşanların İbrahim məscidinə basqını üçün yolları bağlayarkən, küçələrdə çoxlu sayda İsrail əsgəri görünüb.
Aprelin 22-də başlayan Yəhudi Pasxa bayramı aprelin 30-u axşama qədər davam edəcək.
İşğal altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsanın ətrafı hesab edilən Hebron şəhərindəki Hərəmi İbrahim Məkkədəki Məscidül-Əqsa və Məscidül-Nəbəvidən sonra dördüncü müqəddəsdir.
İsrailin 1967-ci ildən bəri işğal etdiyi İordan çayının qərb sahilində yerləşən məscid 1994-cü il fevralın 25-də səhər namazını qılan müsəlmanlara atəş açan yəhudi fanatının hərəkətindən sonra bağlanıb, açılanda isə ikiyə bölünüb. Buranın yarısından çoxu yəhudilərə ayrılmışdır.
İsrail zamana və məkana görə böldüyü məscidi hər il 10 gün (müxtəlif bayramlarda) müsəlmanların üzünə tamamilə bağlayır və yəhudilərə ayırır.
Mənbə: TGRT