28 C
Baku
9 İyun 2025, 18:55
Baş xəbərDünya

Yəhudi rejissor Venesiya Film Festivalında mükafat qazandı

Bu il İtaliyada keçirilən 81-ci Venesiya Beynəlxalq Film Festivalında “Gələcəyin Aslanı” mükafatını qazanan “Tanış toxunuş” filminin yəhudi rejissoru Sara Fridland da mükafatını fələstinlilərə həsr edib.

Avqustun 28-də İtaliyanın Venesiya şəhərinin Lido yarımadasında başlayan dünyanın ən qədim kino festivalı olan Venesiya Beynəlxalq Film Festivalı mükafatlandırma mərasimi ilə başa çatıb.

Festivalın ən yaxşı filmi olan “Qızıl Aslan”a verilən baş mükafat ispan rejissoru Almodovarın çəkdiyi “Qonşu otaq” filminə verilib.

Ən yaxşı rejissora verilən “Gümüş Aslan” mükafatına “The Brutalist” filminin amerikalı rejissoru Bredi Korbet layiq görülüb.

Gecədə fransız aktyoru Vinsent Lindon “Sakit oğul” filmindəki performansına görə ən yaxşı aktyor mükafatını (Coppa Volpi), aktrisa Nikol Kidman isə filmdəki roluna görə ən yaxşı qadın rolu mükafatını (Coppa Volpi) aldı”.

Festivalda əsas müsabiqə nominasiyası üzrə ən yaxşı ssenari mükafatı “Ainda Estou Aqui (Mən hələ də buradayam)” filminin ssenari müəllifləri Murilo Hauzer və Heitor Loreqaya verilib.

Gecədə mükafatlandırılanların bir çoxunun səhnədəki çıxışlarında İsrailin Qəzzaya bir ilə yaxındır davam edən hücumlarını şiddətlə qınaması diqqət çəkib.

Festivalda perspektivli rejissorlara verilən “Gələcəyin Aslanı” mükafatını qazanan “Tanış toxunuş” filminin yəhudi rejissoru Sara Fridland da Qəzzada davam edən işğala görə mükafatını fələstinlilərə həsr edib.

Fridland mükafat çıxışında Fələstin xalqı ilə həmrəy olduğunu ifadə edərək, “İsrailin Qəzzada törətdiyi soyqırımının 336-cı günü və işğalın 76-cı ildönümündə bu mükafatı qəbul edirəm” deyib.

Fridlandın çıxışı zalda olanlar tərəfindən böyük alqışlarla qarşılanıb. Digər tərəfdən, bir çox italyan sənətçi Qəzzada davam edən “soyqırım”a səssiz qalaraq İsrail filmlərinin nümayişinə icazə verdiyi üçün festival rəhbərliyinə reaksiya verib.

Bu arada 82-ci Beynəlxalq Venesiya Film Festivalının 27 avqust – 6 sentyabr 2025-ci il tarixləri arasında keçiriləcəyi açıqlanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Nəfəs kəsən görüntü: Etna dağı püskürərkən xizək sürdü! VİDEO

Aynur Camal

Türkiyə Böyük Millət Məclisinə namizəd olan azərbaycanlılar kimlərdir? – SİYAHI

Bugün TV

Ötən il Serbiyadan 100 mindən çox miqrant keçdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu