Yəmən Ənsarullah Hərəkatı Qəzzaya hücumlardan sonra işğalçı ABŞ-a məxsus daha bir pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.
Ənsarullah Hərəkatının verdiyi açıqlamada, “Yəmənin hava hücumundan müdafiəsi Əl-Cəvf əyalətindəki Əl Yatma bölgəsində Amerikaya məxsus MQ-9 pilotsuz uçuş aparatını vurub” deyə bəyanatlar daxil edilmişdir.
Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husi əvvəlki açıqlamasında “Amerikanın 11 silahlı pilotsuz uçuş aparatını (PUA) vurduqlarını” bildirmişdi.
Əbdülməlik əl-Husi həmçinin 2023-cü il oktyabrın 7-də başlayan Əqsa tufanı əməliyyatından sonra ABŞ, sionist rejim və İngiltərəyə bağlı 202 gəmini hədəf aldıqlarını bildirib.
Əl-Husi əməliyyatlarının qətiyyətlə davam edəcəyini vurğulayıb.
Mənbə: İLKHA