8 C
Baku
7 Fevral 2026, 15:35
Baş xəbərDünya

Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi başladı

Bugun.tv xəbər verir ki, Yəmən hökuməti ilə İranın dəstəklədiyi husilər arasında əsir mübadiləsinin başladığı bildirilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) sözçüsü Adnan Huzam Anadolu Agentliyinə (AA) bildirib ki, İsveçrədə əldə olunan razılaşmaya əsasən, Yəmən hökuməti ilə husilər arasında əsir mübadiləsi əməliyyatı başlayıb.

Məhkumların ailələrinə qovuşmasının sevindirici olduğunu qeyd edən Huzam, bunun Yəməndə münaqişə edən tərəflər arasında əlaqələrin qurulmasında mühüm addım olduğunu da bildirib.

Huzam bu cür addımlar sayəsində daha çox məhbus mübadiləsini arzuladığını bildirib.

Digər tərəfdən, yerli mənbələrdən alınan məlumata görə, Yəmən hökuməti tərəfindən azad edilən insanlar, Husilər tərəfindən azad edilən məhbusların BQXK-nın təyyarəsi ilə Ədən Beynəlxalq Hava Limanına gəlişi ilə eyni vaxtda Sənaya çatıb.

Husilər tərəfindən azad edilənlər arasında Yəmənin müdafiə naziri Muhsin ed-Dairi, Aden valisi Əhməd Həmid Lemles və bəzi hökumət rəsmiləri keçmiş prezident Abdurabbu Mansur Hadinin qardaşı Nasser Mansur və keçmiş müdafiə naziri Mahmud əs-Sabihi ilə görüşüblər.

Mübadilə prosesinin birinci mərhələsi çərçivəsində husilərdən 250, Yəmən hökumətindən isə 70 nəfərin bu gün azad ediləcək.

Ümumilikdə isə 887 nəfərin azad ediləcəyi gözlənilir.

Yəmən hökuməti və husilər Birləşmiş Millətlər Təşkilatının himayəsi altında martın 11-də İsveçrədə əsir mübadiləsi üzrə danışıqlara başlayıb.

Danışıqlar nəticəsində tərəflər martın 20-də 887 nəfərin, o cümlədən 4 jurnalistin, tanınmış siyasi, hərbi və təhlükəsizlik rəsmilərinin qarşılıqlı azadlığa buraxılması barədə razılığa gəliblər.

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu