Bugun.tv xəbər verir ki, ABŞ və İngiltərə döyüş təyyarələri Səda, Zimmar, Hudeyda, Taiz və Beyda şəhərlərini hədəfə alıb.
Hücumlarla bağlı ətraflı məlumat paylaşılmayıb.
Yəməndəki husilər, Ədən körfəzindəki Amerika gəmisi “Ginco Picardie”ni “bir sıra uyğun dəniz raketləri ilə birbaşa vuraraq” hədəf aldıqlarını açıqladılar.
ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan Ənsarullah Hərəkatını Qırmızı dənizdəki hücumlarına görə yenidən “xarici terror təşkilatı” siyahısına salmışdı.
Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan husilərin terror siyahısına əlavə edilməsi ilə bağlı açıqlama verib. Onların Qırmızı dənizə hücumlarının Amerika personalını da təhlükə yaratdğını deyib. ABŞ rəhbərliyi və beynəlxalq ictimaiyyət bu hücumlara birgə reaksiya verib.
Mənbə: aa