8 C
Baku
12 Dekabr 2024, 10:46
Siyasət

Y.Karauz: “Rusiya Sülhməramlı Qüvvələri bitərəf olmalı və sülh prosesini sürətləndirməlidir”

Şuşa-Xankəndi yolunda ekofəallərin etiraz aksiyasının altıncı günüdür. Bir həftəyə yaxındır davam edən aksiyada iştirakçılar Qarabağ iqtisadi rayonunda mədənlərin qanunsuz istismarı və ekoloji terroru hədəfə alan şüarlar səsləndirirlər. Qarabağda proseslərin gedişatına ciddi təsir göstərəcək aksiya və onun nəticələri barədə ehtiyatda olan türkiyəli general Yücel Karauz Bugün.tv-yə danışdı.
Rusiya Sülhməramlı Qüvvələrinin azərbaycanlı etirazçıların haqlı tələblərinə cavab vermədiyini və bunun üzərinə Qarabağda yaşayan ermənilərin qaz təminatı, humanitar yardımın dayandırılması kimi dezinformasiya yaydıqlarını vurğulayan Y.Karauz bununla Azərbaycan haqqında fərqli imic formalaşdırmağa çalışdıqlarını bildirdi:
“Erməlilərin Qarabağda yerləşən faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarından əldə etdikləri vəsait mina, silah-sursat şəklində Azərbaycan dövlətinə, Azərbaycan əsgərinin canı bahasına geri dönür. Ermənilərin Qarabağda basdırdığı 2021-ci il istehsalı olan minalarla hələ də Azərbaycan Ordusu itki verir. Bu məqamda Rusiya Sülhməramlı Qüvvələri bitərəf olmalı və sülh prosesini sürətləndirməlidir”.

Ermənistana gəldikdə isə general qeyd etdi ki, onlar başa düşməlidirlər ki, Qarabağda yaşayan ermənilər Ermənistanla əlaqələrini kəsmək istəmirlərsə, Azərbaycan vətəndaşı olmağı qəbul etməlidirlər. Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına da toxunan general bildirdi ki:

“Bu yöndə Ermənistan məqsədəuyğun addımlar atmasa daha böyük kütlələrin etirazı ilə qarşılaşacaq. Onlar dərk etməlidirlər ki, Zəngəzur dəhlizi olmasa, Laçın dəhlizi də olmayacaq. Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan səfəri zamanı Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40%-nin, magistral yol üzrə isə 70%-nin tamamlandığını ifadə etdi. Bu sahədə bütün işlər 2024-cü ildə tamamlanacaq. Azərbacan vətəndaşı olan ermənilər və sülhməramlılar bu gerçəklərlə barışmalıdırlar. Bu vəziyyət davam edərsə Türkiyə də Ermənistanla olan əlaqələrini gözdən keçirmək məcburiyyətində qalacaq”.
Sonda, 83 milyon Anadolu insanı və Türk Silahlı Qüvvələrinin da baş verənləri ciddi şəkildə izlədiyini bildirən Y.Karauz əlavə etdi ki, əbədi və sarsılmaz dostluq münasibətlərimizdən yola çıxaraq qəlbimiz hər zaman azərbaycanlı qardaşlarımızla birlikdədir.

 

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov Füzuli şəhər sakinləri ilə görüşdü.

Bugün TV

ABŞ Kemp Devid Sammiti ilə Asiya-Sakit okeanda Çinə qarşı əməkdaşlığı gücləndirir

Teymur Əziz

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu