30 C
Baku
9 İyun 2025, 13:50
Baş xəbərMaraqlı faktlar

Yaddaş gücünü necə yaxşılaşdırmaq olar?

İnsan beyni çox güclüdür. Yetkin insan beyninin orta çəkisi cəmi 1,4 kiloqramdır, lakin o, əksər kompüterlərdən daha çox məlumat saxlaya bilir. Ancaq insan beyni ilə kompüter arasında başqa bir fərq var. Kompüterlər onlara verilən məlumatları unutmurlar, lakin insan beyni çox vaxt unutur.

Beynimiz heç də hər şeyi xatırlamır və xoşbəxtlikdən biz buna çox vaxt məcbur deyilik. Ancaq bəzi insanlar digər insanlardan daha yaxşı yaddaşa sahibdirlər.

Məsələn, Avropanın məşhur musiqiçisi Motsart ilk dəfə bir musiqiyə qulaq asan kimi dərhal pianonun başına oturub onu eynilə mükəmməl şəkildə ifa edə bilirdi. Amma onun yaddaşı başqa cəhətdən yaxşı deyildi, arvadı tez-tez ona günün hansı gün olduğunu xatırlatmalı olurdu!

Alimlərin fikrincə hər kəs istəsə yaddaşını inkişaf etdirə bilər. Burada bəzi məsləhətlər var. Onların hamısı faydalıdır, lakin heç biri yaddaşınızı 100% mükəmməl edə bilməz.

Məsələn, “Salam! Mən Keşavam” deyən biri ilə qarşılaşsanız, sadəcə “Salam” deməyin. Adamın adını təkrarlayın. “Salam, Keşav” deyin.

Uzun bir yazını və ya çümləni xatırlamaq məcburiyyətindəsinizsə, onu kiçik hissələrə bölün. Məsələn, 760234571-i əzbərləmək çətindir. Amma onu üç hissəyə ayırsanız-760/234/571- asanlaşar.

Həmişə hər hansısa bir məlumatı nəzərdən keçirdikdən sonra əgər öyrəndiyiniz şeyləri yenidən ucadan özünüz üçün təkrar etsəniz onlar daha yaddaqalan olur. Məsələn, yatmazdan əvvəl özünüzə həmin şeyləri xatırlatmaq da yaddaşı möhkəmlədə bilir.

Aynur Camal

Oxşar xəbərlər

Çavuşoğlu: “Zəfərlərin daim olsun, Can Azərbaycan!” – FOTO

Nigar Məmmədova

Ukrayna Moskvadakı hücumla heç bir əlaqəsinin olmadığını deyir

Kəmalə Sultan

Qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu