Tramp yadplanetlilərin varlığına heç vaxt əmin olmadığını bildirib. Digər tərəfdən, Respublikaçı siyasətçi “Çox ağıllı insanlar bunun doğru olduğunu düşünür. Bu, çox inandırıcıdır” deyib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yadplanetlilərin mümkün ola biləcəyini deyib.
YouTuber Loqan Paulun proqramında qonaq olan Tramp yerdən kənar həyatın mümkünlüyü və naməlum anomal hadisələrin (UAP) yadplanetlilər ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
Ətrafda qəribə cisimlər gördüklərini söyləyən insanlarla görüşdüyünü ifadə edən Tramp, prezident olduğu müddətdə bu fenomeni araşdırmaq üçün vaxt keçirdiyini qeyd edib. Onlar yadplanetlilərin həqiqət olduğuna inanırlar”.
Yadplanetlilərin varlığından danışmağın “məntiqli” olduğunu bildirən Tramp:
Mən heç vaxt əmin deyildim. Ancaq çoxları bunun doğru olduğuna inanır. Çox ağıllı insanlar bunun doğru olduğunu düşünürlər.
Pentaqonun hesabatı
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mart ayında açıqladığı hesabatda yerdən kənar texnologiyanın tərs mühəndislik yolu ilə inkişaf etdirildiyinə dair heç bir dəlil olmadığı qeyd edilib. Bildirilib ki, səmada naməlum obyektlərin kosmik mənşəli olması ilə bağlı təsdiqlənmiş müşahidələr yoxdur. “Çox mümkündür ki, orada nəsə baş verir.”
Tramp şəxsən yadplanetlilərə inanmadığını bildirsə də, onların real ola biləcəyini vurğulayıb.
Çox inandırıcı çox mümkündür ki, orada nəsə baş verir. Niyə də olmasın… Kainata bir nəzər salın. Bir-birindən fərqli planetləri görürsən.
Biz nisbətən kiçik bir planetik. (Yadplanetlilər) Niyə 400 dəfə böyük bir planetdə olmasın ki… Niyə orada bir şey, kimsə olmasın?
Mənbə: EnSonHaber