Bugun.tv xəbər verir ki, Mexikoda Konqresdə keçirilən dinləmələrdə qeyri-insan olduğu iddia edilən iki varlığın qalıqları təqdim edilib. Jurnalist və Ufoloq Jaime Maussan tərəfindən təqdim edilən cəsədlərin yerdən kənar fərdlərin 1000 illik qalıq olduğu iddia edilib. “Bu nümunələr bizim yer təkamülümüzün bir hissəsi deyil. Bunlar UFO qəzasından sonra tapılan varlıqlar deyil. Onlar mədənlərdə tapılıb və sonradan fosilləşib”.
Qeyri-adi iddialar naməlum anormal hadisələrlə bağlı geniş konqres dinləmələri zamanı irəli sürülüb.
Maussan bildirib ki, nümunələr Meksika Muxtar Milli Universiteti (UNAM) tərəfindən analiz edilib. Geniş təhlilə məruz qalan cəsədlər qeyri-adi şəkildə, qum kimi görünən bir təbəqə ilə örtülüb.
Maussan, “İctimaiyyətin insan olmayan texnologiyalar və insan olmayan varlıqlar haqqında məlumat almaq hüququ var. Bizi ayıran deyil, insanlığı birləşdirən bir məsələdən danışırıq. Bu geniş kainatda tək deyilik, biz bunu bilməliyik. Bu faktı qəbul edin”.
İyulda ABŞ Konqresinin dinləmələrində ifadə verən ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş pilotu leytenant Rayan Qreyvs və Harvardda astrofizika professor Avi Loeb dinləmədə ufoloqa qoşulub.
Daha əvvəl dinləmələrdə çoxsaylı hərbi görüntülər, o cümlədən bir döyüş təyyarəsi tərəfindən çəkilmiş buludların üzərində üzən 11 ayrı işığın videosu nümayiş etdirilib.
Bəziləri, o cümlədən ABŞ konqresmeni Tim Burchett obyektlərin yerdən kənar mənşəli olduğuna inansa da, digərləri onların gizli hərbi əməliyyatlar olduğunu iddia edib.
İyul ayında ABŞ Konqresinin dinləmələrində danışan UFO xəbərçisi Devid Çarlz Qruş hökumətin yadplanetli gəmilərə dair sübutları gizlətdiyini iddia edib.
Ətraflı linkdə: https://www.trthaber.com/haber/dunya/meksika-parlamentosunda-uzayli-cesetleri-acildi-795233.html
Mənbə: TRT Haber