Bugun.tv xəbər verir ki, Yalovanın Termal səmtində villa inşaatı qazıntısı zamanı Roma dövrünə aid olduğu düşünülən “kub qəbir” tapılıb. Akköy kəndinin Çukurçayır bölgəsində xüsusi bir şirkət tərəfindən iş maşını ilə aparılan tikinti qazıntısı zamanı qruplar məzar quruluşunu və içərisində olan kəlləni gördükdən sonra işi dayandırıb.
TRT Haber-in məlumatına görə, Vəziyyətdən xəbər tutan İlçe Jandarma Komandanlığı qrupları bölgəyə gələrək Yalova Muzey Müdirliyinə məlumat verib. Bildirilib ki, müdirliyə bağlı qruplar Mədəniyyət və Turizm Nazirliyindən alınacaq icazəyə uyğun olaraq Roma dövrünə aid sayılan türbənin yerləşdiyi ərazidə fəaliyyət göstərəcək.
Müxbir: İntizar Əmirova