27 C
Baku
28 İyun 2025, 13:35
DünyaHadisə

Yamacdan düşən qayalar maşınları əzdi: 2 nəfər öldü

Bugun.tv xəbər verir ki, Hindistanın Naqaland əyalətində yamacdan düşən qayalar avtomobilləri əzib. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Belə ki, Hindistanın Naqaland əyalətində Dimapur və Kohima arasındakı yolda hərəkətdə olan 3 avtomobil yamacdan düşən qayaların altında qalıb.

Yerli vaxtla saat 17.00 radələrində baş verən qəzada 2 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.

Səlahiyyətlilər qəzadan sonra magistral yollardakı təhlükəsizlik infrastrukturunun nəzərdən keçiriləcəyini və lazımi addımların atılacağını açıqlayıb.

Qəzanın baş verdiyi yolda sürüşmə və qaya uçqunlarının tez-tez baş verdiyi bildirilib.

Mənbə: TRT Haber

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Qanunsuz küçə ticarəti ilə bağlı 20 fakt aşkarlanıb

Aynur Camal

150.000 funta ada satılır

Aynur Camal

Tayvanın Kinmen arxipelaqı yaxınlığında patrulları gücləndirəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu