28 C
Baku
20 İyul 2025, 23:30
Baş xəbərHadisə

Yanğın nəzarət altına alındı

Bugun.tv xəbər verir ki, Çanaqqalanın Eceabat rayonunda maki sahəsində yanğın baş verib. Vəziyyətin bildirilməsi üzərinə Çanaqqala Meşə Region Müdirliyinə bağlı qruplar hadisə yerinə sövq edilib. Söndürmə işlərinə Eceabat, Gelibolu və Ədirnənin Keşan rayonundan 3 helikopter, 15 su çiləyici, 2 dozer, 2 yükləyici, 2 qreyder, Eceabat Bələdiyyəsinə məxsus yanğınsöndürən və qarışdırıcılar və ətraf kəndlərdə su tankerləri ilə dəstək verilib. Gelibolu İlçe Baş məmuru Bəkir Abacı, İlçe Jandarma Komandiri Mayor Gökhan Fidan, Eceabat Bələdiyyə Başçısı Saim Zileli, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Sahə Başçılığı və Tanıtma Qrup Başçıları və Eceabat Anafartalar Meşə Əməliyyat Müdirliyi qrupları koordinasiyalı şəkildə idarə etdi. Təxminən 5 saat ərzində alov nəzarət altına alındıqdan sonra soyutma işlərinə başlanılıb. Bölgədə təxminən 20 hektar maki sahəsinə ziyan dəydiyi müəyyən edilib.

TRT Haberin məlumatına görə, yanğının başvermə səbəbləri araşdırılır.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Taksi sürücüsünü öldürüb avtomobilini qaçıran şübhəli tutulub

Nigar Məmmədova

Səhər yeməyini atlamağın piylənməyə səbəb olur?

Aynur Camal

Kral Çarlz arvadının şəxsi həyatına xərclədiyi pul heyrətamiz idi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu