Bugun.tv-nin əldə etdiyi məlumata görə, hadisə İranda baş verib. Belə ki, mühafizə olunan ərazidə çıxan yanğında 400 hektar ərazi ziyan görüb.
İranın qərbində qorunan Meykan bataqlığında 140-a yaxın quş növünün yaşadığı bildirilir.
Bu barədə Mərkəzi Əyalət Ətraf Mühitin Mühafizəsi baş direktoru Yusuf Yusufi İranın rəsmi xəbər agentliyi İRNA-ya danışıb. O, bildirib ki, yanğın dünən gecə yerli vaxtla saat 18:00 radələrində bölgədə ildırım çaxması nəticəsində başlayıb. Müdaxilələrə baxmayaraq, alov təxminən 8 saat davam edib.
Mənbə: TRT haber
