Bugun.tv xəbər verir ki, Ədirnədə yol kənarında görünməni azaldan yanğın baş verib. Magistral yolda hərəkət edən 12 avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb. Ətrafdakıların məlumatlandırılmasından sonra bölgəyə çoxlu polis, jandarma, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Yaralılar sağlamlıq qrupları tərəfindən Ədirnə Dövlət Xəstəxanasına və Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Daha bir ağır yaralının xəstəxanada dünyasını dəyişdiyi öyrənilib. Digər tərəfdən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
TRT Haberin məlumatına görə, Ədirnə valisi Yunus Sezer bölgəyə gələrək səlahiyyətlilərdən məlumat aldı.
Müxbir: Şəms Elnurqızı