8 C
Baku
12 Dekabr 2024, 13:44
Digər

Yanğın zamanı beynəlxalq təcrübədə nələrdən istifadə olunur?-ARAŞDIRMA

Bilirik ki, bədbəxt hadisələr hər birimizin başına gələ bilər. Və bir çox hallarda qaçılmazdır. Buna görə də yanğın təhlükəsindən xilas olmaq üçün hər zaman hazır olmalıyıq. Bəs görəsən, beynəxalq təcrübədə təcili anlarda yanğından xilas olmaq üçün hansı üsullardan istifadə edilir?

Bugun.tv-nin mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Yanğın qaçılmaz təhlükədir. Əgər baş verərsə, hadisə yerindən xilas olmaq və dərhal aidiyyatı qurumlara çağırış etmək zəruridir. Əsasən də çoxmərtəbəli binalarda baş verən təhlükələr zamanı sakinlərin çıxarılması üçün beynəlxalq təcrübədə müxtəlif üsullar var. Binalarda təcili qaçış pilləkənləri və ya digər vasitələrlə yanaşı, özünüxilasetmə və individual vasitələr də mövcuddur.

Bir çox xilasedici təchizatlar təlim görməyən şəxslərin istifadəsi üçün uyğundır. Ən əlverişlisi sehirli pilləkənlər adlanır. Bu pilləkənlər ilk həyəcan siqnalından sonra avtomatik olaraq, bir dəqiqəyə lazimi vəziyyəti alır. Yüzlərlə insanın həyatını xilas edə bilər. Ən sürətli vasitələrdən biri də zərbəyə davamlı, 300 kq-a qədər çəki qəbuletmə gücündə olan “sürüşkən yamac” adlanan vasitədir. Bu vasitə horizontal olaraq daha təhlükəsiz təxliyəyə təminat verir. Hər dəqiqədə 30 insanı xilas edə bilir.

Ən çox istifaə olunan üsullardan biri də özünüxilasetmə bel çantasıdır. “Nəzarətedici eniş cihazı” adlanan bu vasitisə ilk olaraq təyin olunmuş yerə  bərkidilməlidir. Gödəkcə formasında olan bu çantanı geyindikdən sonra müəyyən məsafəyə qədər aşağı enməyiniz təmin edilir. Fiziki cəhətdən gücsüz, yaşlı və xəstə insanların bundan istifadəsi tövsiyə olunmur.

Ənənəvi üsullardan biri də pəncərəyə birləşdirilən pilləkənlərdir. Bu vasitə mənzil sahibləri tərəfindən  individual olaraq təmin edilir. Təhlükəsiz təxliyə siyahısında olmasa da, insanların daha ucuz və asan əldə edə biləcəyi vasitədir. Bu pilləkənlər 100 kq-a qədər çəkininin daşınmasını təmin edir. Əgər proses sürətli olarsa, bir ailənin həyatını xilas etmək mümkün ola bilər.

Ən təhlükəsiz və sürətli vasitə individual paraşütlərdir. Onlardan təlim keçməyən insanlar da istifadə edə bilər. Bu paraşütlərin hər bir ailənin evində, ofislərdə təhlükəsizlik avadanlıqları siyahısında olması tövsiyə edilir.

Bugün TV

Oxşar xəbərlər

Vitamin çatışmazlığı nələrə səbəb olur?

Nigar Məmmədova

Camış atışması: Nyu York ştatında supermarketə hücum nəticəsində on nəfər ölüb

Aynur Camal

“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyi Ramazan tədbiri keçirib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu