ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yanğınlardan zərər çəkmiş bəzi bölgələrdə gecə komendant saatı tətbiq ediləcəyi, buna əməl etməyənlərin isə nəzarətə alınacağı bildirilib.
Los-Anceles dairəsinin şerifi Robert Luna və digər bölgə rəsmiləri hadisələrlə bağlı mətbuat konfransı keçirib.
Luna Los-Ancelesdəki yanğından təsirlənən Palisades və Eaton bölgələrində gecə komendant saatı tətbiq ediləcəyini açıqlayıb.
“Siz bu ərazilərdə ola bilməzsiniz. Əgər tapılsanız, saxlanılacaqsınız”. Luna qeyd edib ki, bu qərar boşaldılan evləri qorumaq üçün qüvvəyə minib.
Luna, komendant saatını pozanların “qüsurlu davranış” üçün mühakimə ediləcəyini və günahkar olduqları təqdirdə 1000 dollar cərimə və ya həbs cəzasına məhkum ediləcəyini söylədi.
Təxminən 153 min adam üçün təxliyə əmri verildiyini deyən Luna, 58 minə yaxın binanın təhlükə altında olduğunu bildirib.
Yenidənqurma planlarına başlanılıb
Los-Anceles meri Karen Bass da bölgəyə Milli Qvardiya Qoşunlarının təyin edildiyini xatırladıb və bölgə polisinin boşaldılan ərazilərdə təhlükəsizliyi təmin etməyə yönəldildiyini vurğulayıb.
Bu faciədən heç kimin “faydalanmağa” icazə verilməyəcəyini vurğulayan Bass, sürətli yenidənqurma planlarının başladığını bildirdi.
Yenidənqurma prosesində bürokratik maneələrin aradan qaldırılacağını qeyd edən Bass, “Sistemi sarsıdıb yeni strategiya və təcrübələrlə hərəkət edəcəyik” dedi.
Talana “sıfır dözümlülük”lə hərəkət etmək
Los-Anceles Polis Departamentinin rəis köməkçisi Dominik Çoy da yanğından zərər çəkmiş ərazilərdə asayişi qorumaq üçün ümumilikdə 210 polis əməkdaşının ayrıldığını bildirib.
Polisin ictimai təhlükəsizliyi təmin etmək və cinayət əməllərinin qarşısını almaq üçün ərazilərdə patrul xidməti apardığını izah edən Çoy, “Talana qarşı sıfır dözümlülüklə hərəkət edirik. Təsirə məruz qalan ərazilərdə yağmalayan və ya cinayət törədənlər qanuna uyğun olaraq saxlanılacaq və mühakimə olunacaq” deyib.
Uçan dronlara qadağa qoyulub
Los-Anceles dairəsinin yanğınsöndürmə xidmətinin rəisi Entoni Maroney bildirib ki, dünən yanğın bölgəsində “dron pozuntusu” aşkar ediblər.
Kiçik bir dronun “Super Scooper yanğınsöndürmə təyyarəsi”nin qanadına dəyərək dəlik yaratdığını ifadə edən Maroney, təyyarənin təcili təmir edildiyini və bazar ertəsi yenidən fəaliyyətə başlamasının gözlənildiyini bildirib.
Bu təyyarələrdən yalnız ikisinin olduğunu bildirən Maroney, “Yanğın bölgəsində pilotsuz təyyarələrin uçması təhlükəli olmaqla yanaşı, həm də qanuna ziddir” deyib.
Federal qüvvələrin pilotsuz təyyarələrin uçuşlarına nəzarət edəcəyini ifadə edən Maroney, bu bölgələrdə uçan dronların bütün hava əməliyyatlarının dayandırılması anlamına gəldiyini ifadə etdi.
Los-Anceles Şəhristanı Nəzarətçisi Jeff Prang da indiyə qədər ən az 10 min mülkün yanğınlardan zərər gördüyünü təxmin etdiklərini və yaxın günlərdə daha ətraflı məlumat paylaşa biləcəklərini qeyd edib.
Səlahiyyətlilər, Hurst-un yanğınlarının 37 faiz, Palisades-in yüzdə 8, Kennetin 35 faizi və Eaton-un 3 faizinin nəzarət altında olduğunu bildirdi.
Mənbə: TrtHaber