20 C
Baku
28 İyun 2025, 3:03
DünyaHadisə

Yanğınsöndürən təyyarə qəzaya uğradı

Yunanıstanda təyyarə qəzaya uğradı

Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğrayıb. Bugun.tv xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Belə ki, Yunanıstan Rodos və Korfu adaları ilə yanaşı, Mərkəzi Yunanıstanın Eğriboz bölgəsində yerləşən Karistosda da alovla mübarizə aparır. Söndürmə işlərinə qatılan təyyarə radarlardan itib. Onun qəzaya uğradığı məlum olub. Yunan mətbuatının məlumatına görə, bölgədə güclü partlayış səsi eşidilib.

Qəza yerinə polis və yanğınsöndürənlər cəlb edilib.

Yunanıstana məxsus təyyarədə 2 pilotun olduğu bildirilib. Onlar barədə hələlik məlumat yoxdur.

 

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Məkkədə sel fəlakəti

Aynur Camal

Qəzzada hər 10 nəfərdən 9-u məcburi köçkün edilib

Kəmalə Sultan

5 FETÖ şübhəlisi Yunanıstana qaçarkən yaxalandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu