Bugun.tv xəbər verir ki, Fevralın 6-da mərkəzi Kahramanmaraş olan Hatayın Antakya rayonunda baş verən zəlzələdən zərər çəkən binada sıxılmış vəziyyətdə qalan sahibsiz it yanğınsöndürənlər tərəfindən xilas edilib. Cümhuriyyət məhəlləsində ağır ziyan dəymiş 6 mərtəbəli yaşayış binasında it səsini eşidən vətəndaşlar yanğınsöndürənlərə məlumat veriblər.
TRT Haber-in məlumatına görə, Hadisə yerinə gələn qruplar tərəfindən binaya baxış keçirilərkən itin 5-ci mərtəbədə sıxılmış vəziyyətdə qaldığı müəyyən edilib.
Çöldən çıxan pilləkənlərlə mənzilin eyvanına çıxan qruplar iti olduğu yerdən xilas ediblər.
Sağlam olduğu təsbit edilən evsiz it təbii mühitinə buraxılıb.
