28 C
Baku
8 Sentyabr 2025, 17:45
Baş xəbər

Yanvarın 20-də gözlənilən hava şəraiti

Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın bölgələrini isə əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Mənbə: meteo.az

Aynur Camal

Oxşar xəbərlər

Yanğında 50 göyərçin tələf olub

Bugün TV

YouTube-dan yeni qərar: Qısa videolar artıq 3 dəqiqə oldu

Aynur Camal

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu