17 iyul 2004-cü il tarixində Yeni Azərbaycan Partiyası Yap Kəngərli Rayon Təşkilatı-nın təsis edildiyi gündür. Bu gün təşkilatın yaradılmasının 21 ili tamam olur.
Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda hakimiyyətə gəlişi Azərbaycanın tarixində yeni səhifə açdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Liderimiz bugünkü müasir, müstəqil Azərbaycan dövlətini məhz ölkəmizə rəhbərliyinin birinci dövründə yaradılan təməl üzərində qurmuşdur.
Bu gün, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Yeni Azərbaycan Partiyası bu gün də, Heydər Əliyev ideyalarından güc alaraq özünün yeni inkişaf mərhələsini yaşayır.
Mən, Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının təsis edilməsinin 21-ci ildönümü münasibətilə təşkilatın rəhbəri Sevda Quliyevanı və bütün üzvlərini ürəkdən təbrik edirəm.
Bundan sonra da rayonda həya keçirilən müxtəlif tədbirlərdə partiya üzvlərinin aktiv iştirakını diləyir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!
Ülviyyə Həmzəyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı.