19 C
Baku
22 Noyabr 2024, 15:35
Baş xəbər

YAP növbəti qələbəyə imza atacaq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.

Əvvəlcə YAP Nəsimi rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.

“Bugun.tv” xəbər verir ki, görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.

O, partiyanın zəngin və şərəfli inkişaf yoluna nəzər salıb, qazanılan nailiyyətlər və qarşıda duran hədəflərdən bəhs edib.

Çıxış edən deputatlığa namizəd Məlahət İbrahimqızı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm nailiyyət isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Məlahət İbrahimqızı YAP-ın xalqın iradəsi ilə növbətə qələbəyə imza atacağına əminliyini ifadə edib, gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

İlk dəfə səs verəcək gənclər də Yeni Azərbaycan Partiyasına olan inamlarını ifadə edərək partiyanın namizədinə səs verəcəklərini vurğulayıblar.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Aİ-də keçiriləcək toplantıya dəvət ediləcək

Aynur Camal

Kremlin sözçüsü: “Rusiyasız Ukrayna danışıqlarının mənası yoxdur”

Teymur Əziz

2023-cü ilin ilk Günəş tutulması gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu