19 C
Baku
22 Noyabr 2024, 15:18
Baş xəbərSiyasət

YAP nümayəndə heyəti AK Partinin qurultayında iştirak edib

Bugun.tv xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın Sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) IV Fövqəladə Böyük Qurultayı keçirilib, qurultayda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

“Report” xəbər verir ki, “Türkiyə yüz ili üçün hər zaman yeni, hər zaman irəli” şüarı ilə keçirilən qurultayda 27 ölkənin siyasi partiyalarının nümayəndələri, bir sıra dövlət və hökumət rəhbərləri, diplomatlar, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyə xalqının rifahının yüksəldilməsi, iqtisadi inkişafın təmin olunması, terrorizmə qarşı mübarizə kimi məsələlərə diqqəti yönəldib, verilən bütün vədlərin yerinə yetiriləcəyini vurğulayıb. O, qardaş ölkənin qazandığı nailiyyətlərdən, “Türkiyə yüz ili” proqramı çərçivəsində qarşıda duran hədəflərdən, istər daxili, istərsə də xarici siyasət sahəsində reallaşdırılması nəzərdə tutulan planlardan ətraflı bəhs edib və perspektivə dair önəmli mesajlar verib.

Qurultayın həm Türkiyə Respublikası, həm də AK Parti üçün faydalı olacağını əminliklə ifadə edən dövlət başçısı 2024-cü ilin mart ayında keçiriləcək bələdiyyə seçkilərinin əhəmiyyətinə toxunub, referendum vasitəsilə konstitusiya dəyişikliyinin zəruriliyini nəzərə çatdırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan yenidən yekdilliklə Ədalət və İnkişaf Partiyasının Sədri seçilib. Səsvermə nəticəsində partiyanın 75 nəfərdən ibarət Mərkəz Qərar və İdarə Heyəti də müəyyənləşib.

Qurultayda iştirak edən xarici qonaqların şərəfinə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın adından Prezident sarayında rəsmi ziyafət verilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Çiçək istehsal edən şirkətində yanğın oldu

Bugün TV

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırdılar

Elnarə Dərziyeva

Prezident Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu