Arxeoloqlar Pompeydə aparılan qazıntılar zamanı milad səhnələrini xatırladan 13 ədəd terrakota heykəlciyi aşkar ediblər. Pompeyin xarabalıqları XVI əsrdə üzə çıxarılıb və burada bu günədək qədim şəhərin tarixi barədə yeni məlumatlar əldə olunur.
Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan Romanın bu bütpərəst şəhərində milad ənənələri olmasa da, ekspertlərin fikrincə, heykəlciklərin tapılması bənzər ayinlərin mövcudluğundan xəbər verir.
Fraqmentlər hazırda arxeoloji qazıntılar və bərpa işlərinin davam etdiyi Qədim yunan mifologiyasının çox həssas freskalarının təsviri olan Led və qu quşunun evi adlanan tarixi tikilinin yaxınlığındakı həyətdə tapılıb. Güman edilir ki, bu ev varlı tacirə məxsus olub. O, yaşayış məkanını mifologiyalardan ilhamlanan freskalarla bəzəyərək, özünün yüksək mədəni səviyyəsini nümayiş etdirmək istəyirmiş.
Kiçik heykəlciklərin hündürlüyü 15 santimetrdir. Onlar üfüqi müstəvidə olan şaquli vəziyyətdə insan fiqurlarını əks etdirir. Heykəlciklərin vaxtilə rəfin üzərində olduğu güman edilir.
Tapıntılar arasında gildən düzəldilmiş xoruz başı, şüşədən şam qozu, badam və yunan qozu da var. Onların aşkar edildiyi otağın divarlarında naxışlar da var.