DünyaHadisə

Yapon mediası: “Türk İHA-ları asimmetrik müharibədə ən yaxşısıdır”

Bugun.tv xəbər verir ki, Yaponiyanın aparıcı qəzeti Türk İHA və SİHA-lar üçün “Asimetrik müharibənin ən yaxşısı” ifadəsini işlədib və onların təsirli çıxışlarını yüksək qiymətləndirib.

Hava üstünlüyünü və əməliyyat qabiliyyətini sübut edən Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatları dünya gündəmindədir.

Xəbər “Türkiyə pilotsuz təyyarə istehsalçısı “Baykar” qlobal təsirini genişləndirməyi hədəfləyir” başlığı ilə dərc edilib. Hesabatda, “İnsansız hava vasitələrinin asimmetrik müharibədə dəyərli olduğu sübuta yetirilib”, – bildirilib.

İxrac rəqəmlərinə də işarə edilən yazıda Baykarın 2018-ci ildən bəri ən azı 30 ölkə ilə pilotsuz uçuş aparatları üçün müqavilə imzaladığı və şirkətin keçən il 1 milyard dollardan çox ixrac gəliri əldə etdiyi vurğulanıb.

Bugün TV

Oxşar xəbərlər

“Sadiq Vəd 4” əməliyyatının 18-ci dalğasına start verildi

Aynur Camal

Putin: Rusiya Avropa qaz bazarından tamamilə çıxa bilər

Aynur Camal

Rıza Pəhləvi’yə dəstək yoxdur: “İranın gələcəyini iranlılar müəyyən etməlidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu