4 C
Baku
14 Dekabr 2025, 18:12
Baş xəbərİqtisadiyyat

Yapon pulu YEN bir gecədə 34 ilin ən aşağı səviyyəsinə düşdü!

Dünyanın aparıcı valyutalarından biri olan, Yaponiyanın pul vahidi bir gecədə son 34 ilin ən aşağı səviyyəsinə düşüb. Bir vaxtlar texnologiya nəhəngi olan Yaponiyada məzənnə problemi ilə bağlı müdaxilənin ola biləcəyi şayiələri var.

Bugun.tv xəbər verir ki, uzun illər aşağı inflyasiya ilə idarə olunan Yaponiya pul vahidi bir gecədə əriyib və son 34 ilin ən aşağı səviyyəsinə düşüb.

TRT Haberin məlumatına görə, Yaponiyanın maliyyə naziri Shunichi Suzuki, lazım gələrsə, valyuta bazarında hərəkətə keçməyə hazır olduqlarını bildirib.

“Biz son hadisələri diqqətlə izləyirik. Lazım gələrsə, vəziyyətə müdaxilə etmək üçün bütün mümkün tədbirləri görməyə hazırıq”, – Suzuki bildirib.

YEN DOLLARA QARŞI ƏRİDİ

ABŞ-da pərakəndə satış rəqəmləri gözlənildiyindən daha güclü çıxdıqdan sonra YEN 154,45 ilə 34 ilin ən aşağı səviyyəsinə çatıb.

Könül Kərimova

Oxşar xəbərlər

Müşavir Müzəffər Məhəmmədi Nizamini “fars şairi” adlandırıb

Aynur Camal

Gürcüstan hava ilə əlaqədar Ermənistan və Türkiyə istiqamətində yolları ağır yük maşınları üçün bağladı

Aynur Camal

Arzu Bağırova Qazaxıstan, Türkiyə və İraqdan olan aydınlarla görüşüb – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu