Yapon tədqiqatçılarının məşq zamanı artan və yağ yandırmasını sürətləndirən protein variantları müəyyən etdiyi bildirilir. Japan Today saytının xəbərində, Kobe Universitetinin tədqiqatçılarının pəhriz saxlamadan arıqlamağa imkan verəcək yeni bir dərman hazırlamağın bir yolunu tapmış ola biləcəyi ifadə edilib.
Tədqiqatçılar idman edən insanların skelet əzələlərində “PGC-1a” zülalının müxtəlif variantlarının əmələ gəldiyinə diqqət çəkərək, müxtəlif variantlarda artımın insanların enerji xərclərini artırdığını və bunun da daha çox yağ yandırmasına kömək etdiyini bildiriblər.
İnsanlarda skelet əzələlərini öyrənən tədqiqatçılar, alternativ PGC-1a variantlarının da məşq zamanı artdığını aşkar etdilər. Qeyd olunub ki, bu variantların istehsalı insandan insana dəyişir və insanlar eyni məşq edərkən belə arıqlamada fərqli nəticələr alınır.
Piylənmə ilə əlaqəli xəstəliklər üçün əhəmiyyətli bir irəliləyiş ola bilər
Piylənmənin müalicəsində ümumiyyətlə iştahı boğan dərmanlar təyin edilir. Bildirilib ki, son tapıntılarla idman etmədən yağ yandırmağa kömək edəcək yeni dərmanlar tapmaq mümkün ola bilər.
Kobe Universitetindən Prof. Dr. Wataru Oqava, tədqiqat nəticələrinin piylənmə ilə əlaqəli xəstəliklərin müalicəsində əhəmiyyətli bir inkişaf ola biləcəyini söyləyib.
Araşdırma Avropanın Molecular Metabolism elmi jurnalında dərc olunub.
Mənbə: Haber Global