19 C
Baku
8 Sentyabr 2024, 3:49
Baş xəbərDünya

Yaponiya 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina edib

Bugun.tv xəbər verir ki, Yaponiya Olimpiya Komitəsi 2030-cu ildə Sapporoda Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi ilə bağlı təklifindən imtina edib.

TRT Haber-in məlumatına görə,Yaponiya Olimpiya Komitəsinin (JOC) prezidenti Yamaşita Yasuhiro və Sapporo meri Akimoto Katsuhiro paytaxt Tokioda görüşdükdən sonra mətbuata açıqlama veriblər. Burada çıxış edən Yamaşita 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ölkənin şimalındakı Sapporo şəhərinin təklifindən imtina etdiklərini açıqladı.

“Təkliflə tələsməyin idmanın dəyərində düzəlməz iz buraxması ehtimalı var. Sapporo xalqına yazığım gəlir”, – Yamaşita deyib.

Akimoto həmçinin, “Tokio 2020 ilə bağlı ortaya çıxan korrupsiya və rüşvət halları Qış Oyunlarının təşkili iştahını artırmadı” dedi. Sapporonun 2034 və ya daha sonra Oyunları təşkil etmək qabiliyyəti ilə bağlı Akimoto, “İctimaiyyətin həssaslığını lazımi anda ölçəcəyik” dedi. 1972-ci ildə Qış Oyunlarına ev sahibliyi edən ölkənin ucqar şimalında yerləşən Hokkaydonun paytaxtı Sapporo da məşhur namizəd şəhərlər arasında idi. Tokio 2020-nin keçmiş Təşkilat Komitəsinin rəsmiləri və bir neçə şirkət rəhbərləri Oyunlarla bağlı təklifləri saxtalaşdırmaqda ittiham olunurlar. Müvafiq olaraq, test yarışlarının keçirilməsində ümumilikdə 43,7 milyard yen (290 milyon dollar) məbləğində qanun pozuntusundan şübhələnirlər. Rəsmi olaraq “Tokio 2020 Olimpiya və Paralimpiya Oyunları” kimi tanınan bu oyunlar 2021-ci ilin yayında keçirilib və Covid-19 səbəbilə bir il təxirə salınıb. 23 iyul-8 avqust tarixlərində 33 qolun mübarizə apardığı Tokio Olimpiadasında, 24 avqust-5 sentyabr tarixlərində keçirilən Paralimpiya Oyunlarında isə 22 sahədə Yaponiya daxilindən və xaricdən 15 mindən çox idmançı mübarizə aparıb.

Müxbir: Əmirova İntizar

Bugün TV

Oxşar xəbərlər

Velosiped oğurlayan şəxs saxlanıldı

Kəmalə Sultan

13 işçi yeməkdən zəhərləndi

Bugün TV

Çoxlu sayda narkotik vasitə aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu