26 C
Baku
8 İyun 2025, 11:24
Baş xəbərDünya

Yaponiya ABŞ-a “Patriot PAC-2” raketdən müdafiə sistemləri verəcək

Yaponiya hökuməti Birləşmiş Ştatları uçuş məsafəsi 100 kilometrdən çox olan “Patriot PAC-2” raketdən müdafiə sistemləri ilə təmin etmək niyyətindədir.

Bugun.tv xəbər verir ki, “Sankei” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ-a daha qısa mənzilli, lakin ballistik raketləri vurmağa qadir olan yeni “Patriot PAC-3” sistemlərinin də tədarükü istisna edilmir.

Birləşmiş Ştatlara göndərilən “Patriot” raketlərinin miqdarı məsələsi Yaponiyada ümumi sursat çatışmazlığı nəzərə alınmaqla həll olunacaq. Yaponiyanın Müdafiə Nazirliyi 2022-ci ilin oktyabrında müəyyən edib ki, bütün ölkənin ballistik raketlərindən müdafiəsini təşkil etmək üçün lazım olan müdafiə sistemlərinin yalnız 60 faizinə malikdir.

Ekspertlərin fikrincə, “Patriot” sistemlərinin ABŞ-a tədarükü Tokionun uzunmüddətli döyüş əməliyyatları aparmaq qabiliyyətini daha da zəiflədəcək.

Dekabrın 22-də Yaponiya hökuməti silah ixracı qaydalarını sadələşdirərək, ABŞ-a “Patriot” raketlərinin və Böyük Britaniyaya 155 millimetrlik haubitsa mərmilərinin tədarükünə icazə verib. Həmin silahlar müvafiq olaraq Amerika və Böyük Britaniya lisenziyaları əsasında Yaponiyada istehsal olunur. Qaydalardakı dəyişiklik hərbi münaqişələrdə iştirak edən üçüncü ölkələrə silah ixracına qadağa qoyur. Bununla yanaşı, Yaponiyadan silah tədarükü Vaşinqton və Londona Ukraynaya aktiv hərbi yardım nəticəsində azalan ehtiyatların yerini doldurmağa imkan verəcək.

Aynur Camal

Oxşar xəbərlər

Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Aynur Camal

Başqa ölkəyə keçmək istəyən 2 nəfər tutuldu

Bugün TV

Martın 04-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu