13 C
Baku
19 Aprel 2026, 0:48
Dünya

Yaponiya BMT Baş Assambleyasında Fələstin dövlətini tanımayacağını bəyan etdi

Yaponiyanın xarici işlər naziri İvaya Takeşi bu ay keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanımayacaqlarını açıqlayıb.

İsrailin Qəzzaya qarşı zorakılığına qlobal reaksiyalar artdıqca, bir çox ölkə Fələstin Dövlətini tanımaq qərarına gəlib.

Digər tərəfdən, bəzi ölkələr bu məsələdə tərəddüd edib və Yaponiyanın da onlardan biri olduğu bildirilir.

İsrail Xarici İşlər Nazirliyi yazılı açıqlamada xarici işlər naziri Gideon Saarın yaponiyalı həmkarı İvaya Takeşi ilə telefonla danışdığını bildirib.

Söhbət zamanı İvaya Saar-a deyib ki, Yaponiya BMT-nin bu ay keçiriləcək iclasında Fələstin dövlətini tanımağı planlaşdırmır.

BU AYDA BİR ÇOX ÖLKƏLƏRİN RƏSMİ ADDIMLAR ATMASI GÖZLƏNİR

Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla bir neçə ölkə BMT-nin bu ay keçiriləcək Baş Assambleyasında Fələstin Dövlətini tanımaq planlarını açıqlayıb.

Bu ölkələrin qərarından sonra Fələstin Dövlətini rəsmən tanımayan Yaponiyanın mövqeyi narahatlıq doğurub.

Yapon mediası ABŞ-ın Tokioya Fələstin dövlətini tanımamaq üçün təzyiq etdiyini bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu