Yaponiya hökuməti yerli və beynəlxalq səviyyədə çağırışlara baxmayaraq, ölüm hökmünün ləğvinə qarşı olduqlarını bəyan edib. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa mətbuat konfransında Vəkillər Kollegiyaları Federasiyasının (Nichi-Benren) rəhbərlik etdiyi nümayəndə heyətinin çağırışına cavab verib.
Hayashi, baş prokuror, polis və alimlər də daxil olmaqla 16 nəfərlik nümayəndə heyətinin tələb etdiyi kimi “ölüm cəzasını sorğulayan konfrans təşkil etməyi” planlaşdırmadıqlarını söyləyib.
Hesabatda çağırışı nəzərə aldıqlarını qeyd edən Hayaşi, “Ölüm cəzasının qorunub saxlanılması və ya ləğv edilməsi Yaponiya cəza sisteminin əsaslarına toxunan bir məsələdir” deyib.
Hayaşi, ictimai rəyi nəzərə alaraq, cəmiyyətdə ədalətin təmin edilməsi üçün ölüm hökmünün ləğvinin diqqətlə qiymətləndirilməsi lazım olan bir məsələ olduğunu bildirib və əlavə edib:
İctimaiyyətin əksəriyyətinin son dərəcə ağır və iyrənc cinayətlərə görə ölüm hökmünün qaçılmaz olduğuna inandığını nəzərə alsaq, ağır cinayətlər törədənlərə ölüm hökmünün verilməsi qaçılmazdır. Hökumət hesab edir ki, ölüm hökmü sisteminin ləğvi yersizdir.
Fevral ayında yaradılmış və katibliyi Vəkillər Kollegiyaları Federasiyası tərəfindən həyata keçirilən komitənin hesabatında ölüm hökmünün ləğvinə dair beynəlxalq tendensiyanın mövcudluğu vurğulanıb.
Hesabatda 1966-cı ildə törədilən cinayətlərin yenidən mühakiməsi zamanı bir müddət əvvəl bəraət qazanan 88 yaşlı Hakamata İvao nümunə kimi göstərilib.
Təxminən 50 ilini dəmir barmaqlıqlar arxasında, əksəriyyətini kamerada keçirən Hakamata, ona qarşı çıxarılan edam hökmündən sonra, sentyabrda iddiaya yenidən baxıldıqdan sonra bəraət aldı.
Keçmiş boksçu Hakamata keçdiyi məhkəmə prosesinə görə “dünyanın ən uzun ömür sürən edam məhbusu” kimi qeydə alınıb.
Xəbərdə Hakamata-nın işinə istinadla, “Bir səhvə yol verildikdə (istintaq və hökmün çıxarılması prosesində) onu düzəltmək çox uzun vaxt tələb edir” ifadəsi işlədilib.
Yaponiyanın Katolik Yepiskoplar Konfransı (CBCJ) sentyabr ayında dərc etdiyi çağırışda ölkədə ölüm hökmünün ləğv edilməli olduğunu bildirib.
CBCJ prezidenti Kikuchi Isao Tarcisio, “Yapon cəmiyyətini edamın fayda və zərərlərini bir daha nəzərdən keçirməyə dəvət edirik” deyib.
Keçən ayın əvvəlində Yaponiyanın o zamankı ədliyyə naziri Makihara Hideki demişdi ki, cəmiyyət ölüm hökmünü “ağır cinayətlər üçün qaçılmaz” görür.
“Bir insanın həyatına son qoymaq son dərəcə ciddidir.” Makihara bildirib ki, ölüm cəzasına “çox ehtiyatla yanaşmaq lazımdır”.
Yenidən məhkəmə araşdırmalarının nadir hallarda baş verdiyi və işlərin 99 faizinin mühakimə ilə bitdiyi Yaponiyada iki ildən artıqdır ki, heç bir edam qeydə alınmayıb.
2023-cü ilin sonuna olan məlumata görə, Yaponiyada edam cəzasına məhkum edilmiş 107 məhbus onlara qarşı çıxarılan hökmün icrasını gözləyir. G7 qrupunda hələ də edamları yalnız Yaponiya və ABŞ icra edir.
Mənbə: Anadolu Agentliyi (AA)