13 C
Baku
15 Fevral 2026, 18:28
Dünya

Yaponiya dünyanın ilk 6G cihazını təqdim etdi: 5G-dən 20 dəfə sürətli

Yaponiya dünyanın ilk 6G prototip cihazını istehsal etməyə müvəffəq olub. Onun 5G-dən 20 dəfə sürətli olduğu açıqlanıb. Cihaz 100 metr məsafəyə saniyədə 100 gigabit məlumat ötürə bilir.

Ancaq mütəxəssislər sınaq zamanı üzə çıxan uğursuzluqlardan da danışıblar. Onun kommersiya baxımından əlverişli şəbəkə olmadığı bildirilib.

Qeyd edək ki, 6G yüksək tezliyə malikdir. Bunun isə mənfi cəhətləri var. Belə tezliklər siqnalın keçə biləcəyi məsafəni məhdudlaşdırır və nüfuzetmə gücünü azaldır. Bu isə o deməkdir ki, 6G-dən istifadə edən telefon və ya digər cihazlar daha sürətli yükləmələr zamanı lazım olan tezlikləri qəbul etməkdə çətinlik çəkəcək.

Sınaqlar 100 metrdən də uzaq məsafədə aparılıb. Bu zaman divarların və hətta yağış kimi amillərin 6G siqnallarına mənfi təsir etdiyi məlum olub.

Ümumilikdə, yeni texnologiyanın yayıma çıxması üçün baza stansiyalarının yaradılmasına və daxili 6G antenaları olan yeni nəsil telefonların istehsalına ehtiyac var.

Mənbə: EnSonHaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Britaniyada Ali Məhkəmə qərarı — “Palestine Action” qrupunun qadağan edilməsi qanunsuz sayıldı

Aynur Camal

Münhen Təhlükəsizlik Konfransı başladı — qlobal gərilimlər müzakirə olunur

Aynur Camal

Bangladeşdə tarixi parlament seçkisi — BNP üstünlük qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu