19 C
Baku
8 Sentyabr 2024, 3:40
Dünya

Yaponiya kəşfiyyat peykini orbitə buraxdı

Bugun.tv xəbər verir ki, Yaponiya milli təhlükəsizliyi artırmaq və təbii fəlakətlərə cavab vermək üçün istifadə olunacaq kəşfiyyat peyki daşıyan H-2A raketini kosmosa göndərib. Bildirilib ki, Yaponiya hökumətinin Nazirlər Kabinetinin Peyk Kəşfiyyat Mərkəzi (CSICE) tərəfindən idarə olunan və ictimaiyyət arasında “düşmən fəaliyyətlərinə qarşı istifadə olunacaq casus” kimi tanınan peyk öz orbitinə uğurla çıxıb. CSICE rəsmisi Yasuda Hiroki verdiyi açıqlamada peykin “Yaponiyanın məlumat toplama qabiliyyəti üçün əhəmiyyətli” olduğunu və bu peyk vasitəsilə “Yaponiyanın kəşfiyyat məlumat toplama qabiliyyətinin daim dəstəklənəcəyini” bildirib. Yasuda, “Yaponiyanı əhatə edən təhlükəsizlik mühiti getdikcə şiddətli və qeyri-müəyyən hala gəldikcə və təbii fəlakətlərin riskləri artdıqca kəşfiyyat peykləri xarici əlaqələr, müdafiə və təhlükəsizlik, eləcə də fəlakətlərə cavab məqsədləri üçün həyati əhəmiyyət kəsb edir” dedi. İki optik sensoru olan və pis hava şəraitində belə fotoşəkil çəkə bilən “məlumat toplama” peykinin həm milli təhlükəsizlik məqsədləri, həm də təbii fəlakətlər zamanı istifadə ediləcəyi bildirilib.

Məlumdur ki, oxşar tipli “kəşfiyyat məlumatları toplayan” peyklər ilk dəfə 1998-ci ildə Şimali Koreya ballistik raketləri sınaqdan keçirərkən ictimaiyyətə təqdim edilib.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Qəzzada 336 gündür soyqırım davam edir

Aynur Camal

İngiltərə kralı Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd etdi

Bugün TV

Baxmutda Ukrayna batalyonunun 10 taktiki qrupu yerləşdirilib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu