16 C
Baku
27 Oktyabr 2025, 12:25
Baş xəbərDünya

Yaponiya sahillərində qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin 6 ekipaj üzvünün cəsədi tapıldı

Bugun.tv xəbər verir ki, ötən həftə Yaponiyanın cənub sahillərində qəzaya uğrayan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “CV-22 Osprey” tipli hərbi-nəqliyyat təyyarəsinin 6 ekipaj üzvünün cəsədi tapılıb. Rəsmi Kyodo agentliyinin məlumatına görə, Yaponiya Sahil Mühafizəsi ötən həftə ölkənin cənubundakı Yakuşima adasının sahillərində qəzaya uğrayan 8 nəfərin olduğu ABŞ ordusuna məxsus hərbi təyyarə ilə bağlı açıqlama verib.

TRT Haber-in məlumatına görə, açıqlamada bildirilib ki, Yaponiya Özünümüdafiə Qüvvələri (SDQ), Sahil Mühafizəsi və yerli balıqçılarla əməkdaşlıq çərçivəsində aparılan işlərdə indiyədək təyyarənin 6 ekipaj üzvünün cəsədi tapılıb və axtarışlar davam edir. 2 nəfərlik fəaliyyətlər davam edir. Tokionun qərbindəki Yokota aviabazasında fəaliyyət göstərən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “CV-22 Osprey” nəqliyyat təyyarəsi noyabrın 29-da yerli vaxtla saat 14.40 radələrində ölkənin cənubundakı Yakuşima adasının sahillərində qəzaya uğrayıb. Yaponiyanın müdafiə naziri Kihara Minoru qəzadan sonra verdiyi açıqlamada ABŞ-ı bu təyyarələrin təhlükəsizliyini təsdiqləməyə çağırıb.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada “CV-22 Osprey” tipli nəqliyyat təyyarəsinin hələlik yerdə saxlanacağı bildirilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“Evsizləri 112-yə xəbər verin” çağırışı

İntizar Əmirova

Prezident İlham Əliyev Macarıstanda rəsmi səfərdədir

Nigar Məmmədova

Türk şorbası dünyada 3-cü yeri tutdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu