19 C
Baku
8 Sentyabr 2024, 3:25
Dünya

Yaponiya şokdadır! Çörəkdə siçan araşdırması!

Yaponiyada bəzilərində siçan qalıqları aşkar edilən 100 mindən çox qablaşdırılmış çörək müsadirə edilib. Şirkət haqqında araşdırma başlansa da, bu müddət ərzində fabrik fəaliyyəti dayandırılıb.

PASCO Shikishima şirkətindən verilən açıqlamada, Çojuku dilimlənmiş çörəyin bir neçə bağlamasında qara siçan qalıqlarının aşkar edildiyi bildirilib. Açıqlamada bildirilib ki, bu çörəkləri yeyənlər arasında indiyədək xəstə olan şəxs müəyyən edilməyib.

Gəmirici qalıqlarının məhsulların çirklənməsinin səbəbi ilə bağlı araşdırma aparıldığı və indiyədək təxminən 104 min bağlama çörək toplandığı paylaşıldı.

“Müştərilərimizə problem yaratdığımıza görə dərindən üzr istəyirik. Təkrarlanmanın qarşısını almaq üçün keyfiyyət idarəetmə sistemimizi gücləndirəcəyik”, – bəyanatda deyilir.

NHK dövlət televiziyasının xəbərinə görə, PASCO-nun paytaxt Tokiodakı fabrikinin fəaliyyəti istintaq səbəbilə dayandırılıb.

Baş ofisi Naqoyada yerləşən PASCO Shikishima şirkəti tərəfindən istehsal olunan Çojuku çörəyi ölkənin bir çox bazarlarında satılır.

Yaponiyanın tanınmış çörək istehsalçılarından olan PASCO Shikishima-nın bir çox məhsulları ABŞ və Çinə də ixrac edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu Qəzzanı blokadaya aldı

Nigar Məmmədova

Türkiyə Böyük Millət Məclisi 103-cü ildönümünü qeyd edir

Aynur Camal

Si Cinpin Ukraynada atəşkəs üçün şərt adlandırıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu