27 C
Baku
10 İyun 2025, 9:41
Baş xəbərDünya

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın orbitə kəşfiyyat peyki buraxmasını pislədi

Bugun.tv xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və onun cənubi koreyalı həmkarı Park Çin Pusanda danışıqlar zamanı noyabrın 21-də KXDR-in ilk kəşfiyyat peykini orbitə buraxmasını pisləyiblər.

TASS agentliyinin məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Nazirlər KXDR-in ballistik raketinin buraxılışını qətiyyətlə pisləyiblər. Hətta peykin buraxılması nəzərdə tutulsa belə, insident ballistik raket texnologiyasından istifadə ilə bağlı olub və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır”, – deyə departamentin bəyanatında vurğulanır.

Görüş iştirakçıları Yaponiya, Cənubi Koreya və ABŞ-ın vəziyyətlə bağlı üçün sıx əməkdaşlığı davam etdirəcəklərini təsdiqləyiblər.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Apple iPhone-dan Android-ə keçməyi asanlaşdırır

Teymur Əziz

Nyu Yorkda mühacirlərin sığınacaqda qalma müddəti məhdudlaşdırıldı – FOTO

Kəmalə Sultan

Zelenskinin korteji qəzaya düşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu