16 C
Baku
27 Oktyabr 2025, 9:25
Texnologiya

Yaponiya yeni texnoloji yeniliklə gündəm oldu

Bugun.tv xəbər verir ki, Yaponiya 2025-ci ildə səmaya uçan baza stansiyaları yerləşdirməyi planlaşdırır. Bu yolla vətəndaşlar göydən 5G xidmətini ala biləcəklər.

Bunun üçün Yüksək Hündürlük Platforma Stansiyalarından (HAPS) istifadə ediləcək. Yaponiyanın səmada baza stansiyası yerləşdirməsi mobil əhatə dairəsini genişləndirmək məqsədi daşıyır.

Son bir neçə ildə 5G-nin quraşdırılmasında əhəmiyyətli artım olsa da, Afrika kimi bəzi regionlarda mobil internetə çıxış hələ də məhduddur.

Bundan əlavə, əhalinin sıxlığının az olması səbəbindən infrastrukturun quraşdırılmasının baha başa gəldiyi ərazilər də var.

HAPS sistemi belə sahələri əhatə dairəsinə daxil etmək üçün ideal sayılır.

Yerüstü baza stansiyaları topoqrafiyadan asılı olaraq orta hesabla 3-10 km arasında yayıla biləcək.

Bu gün İlon Maskın Starlink layihəsi kosmosa əsaslanan internet xidmətləri təklif edir. HAPS isə 18-25 km yüksəklikdə uçan günəş enerjisi ilə işləyən dronlarla internet xidmətləri göstərməyi hədəfləyir.

Afrika və Asiyanın bəzi bölgələrində sözügedən uçan baza stansiyalarından istifadə edə bilməsi artıq təsdiqlənib.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Google rəsmi olaraq elan etdi: İşdən çıxarılmalar yenidən başlayır

Könül Kərimova

Daş dövrü insanlarında təhlükəli infeksiyalar aşkar edildi

Kəmalə Sultan

Pentaqon Yerə yadplanetlilərin səfərinə dair heç bir dəlil tapmaydı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu