Baş xəbərDünya

Yaponiyada 16-cı ildir ki, əhalinin sayında azalma müşahidə olunur

2024-cü ildə Yaponiya əhalisinin sayı əvvəlki illə müqayisədə 908 min nəfər azalaraq 120 milyon 653 min 227 nəfərə düşüb.

Bugun.tv Kyodo agentliyinə istinadla xəbər verir ki, artıq ardıcıl 16-cı ildir bu ölkədə əhalinin sayında azalma müşahidə olunur. Statistika İdarəsinin son izləmə metodu aydın şəkildə göstərir ki, cari ildə Yaponiya əhalisinin sayında 1968-ci ildən bəri ən böyük azalma qeydə alınıb.

Ən son rəqəmlər siyasətçilərin doğum nisbətlərinin aşağı düşməsini və regionlarda əhalinin azalmasının qarşısını almaq üçün mübarizə apardıqları bir vaxtda açıqlanıb. Eyni zamanda, Yaponiyada əhalinin sürətlə qocalması prosesi də davam edir.

Ekspertlər bildirirlər ki, ailə qurmaq istəyən gənclərin sayının azalması sosial gərginliyin artması ilə bağlıdır. Bu, öz növbəsində, doğum nisbətinə də mənfi təsir edir. Belə ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədə 686 min 61 uşaq dünyaya gəlib. Bu, 2023-cü ildəki göstəricidən 41 min nəfər azdır. 2025-ci ilin birinci yarısında da doğum nisbətinin azalması müşahidə olunur.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu