“Toyota Group”un hissələri tədarükçüsü olan “Chuo Spring Co.” şirkətinin Aiçi əyalətindəki fabrikində baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Yaponiyanın Aiçi əyalətində Toyota Qrupu üçün ehtiyat hissələri istehsal edən Chuo Spring Co şirkətinə məxsus fabrikdə səhər saatlarında güclü partlayış baş verib.
Fabrikin toz toplama qurğusunda baş verən partlayışda 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Tibbi yardım əməkdaşlarının bildirdiyinə görə, bir işçi qəfil ürək dayanması (ürək-ağciyər tutulması) səbəbindən hadisə yerində dünyasını dəyişib.
Bildirilib ki, xəsarət alan 52 və 44 yaşlı iki nəfər yüngül xəsarət alıb.
Partlayışdan sonra bölgəyə 19 yanğınsöndürən maşın göndərilib və yanğınla mübarizə aparılır.
Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilsə də, fabrik ətrafında zərərin qiymətləndirilməsi işləri davam edir.
“Toyota”dan verilən açıqlamada hadisənin təfərrüatlarının araşdırıldığı, fabrikin 2023-cü ildə də partlayışa şahid olduğu, lakin bugünkü hadisənin başqa binada baş verdiyi bildirilib.
Səlahiyyətlilər partlayışın səbəbi ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
Mənbə: İhlas Xəbər Agentliyi (İHA)