15 C
Baku
24 Oktyabr 2025, 5:09
Baş xəbərDünya

Yaponiyada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatdı

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Bugun.tv Yaponiya mediasına istinadla xəbər verir ki, hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı böyükdür.

Baş nazir Fumio Kişida jurnalistlərə açıqlamasında hökumətin dağıntı altında qalanların xilası üçün bütün qüvvəsini səfərbər etdiyini, xilasedicilərin zamanla yarışdığını deyib. O, zəlzələnin ziyan vurduğu bölgədə yaşayanların və təxliyə edilənlərin lazımi məişət ləvazimatları və ərzaqla təchizatı üçün müvafiq qurumlara göstəriş verildiyini bildirib.

Yaponiyanın Meteorologiya Agentliyi isə qarşıdakı günlərdə gözlənilən yağışın təbii fəlakət bölgəsində torpaq sürüşmələrinə səbəb ola biləcəyini açıqlayıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Qasırğa səbəbindən minlərlə insan təxliyə edilib

Kəmalə Sultan

İlon Mask dünyanın ən varlı 500 adamı siyahısına başçılıq edir

Aynur Camal

İndoneziyada dəniz gəmiləri toqquşub: 2 ölü, 15 yaralı var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu