Yaponiyanın bir sıra prefekturalarında güclü sunami təhlükəsi ləğv edilib.
Bugun.tv xəbər verir ki, bu barədə yerli NHK telekanalı Yaponiya Meteorologiya Agentliyinin məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, bununla yanaşı, ölkədə zəlzələ nəticəsində yaranan sunami təhlükəsi hələ də qalmaqdadır. Xəbərdarlıq Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarının sakinləri üçün aktualdır.
Seysmoloqların fikrincə, Honsyu adasının şimal-qərb sahillərində dalğaların hündürlüyü üç metrə çata bilər. İşikava və Saqanın bəzi ərazilərində dalğanın hündürlüyü 1-2 metrdən çox olmayan sunami qeydə alınıb.
