8 C
Baku
12 Dekabr 2024, 13:51
Dünya

Yaponiyada rekord səviyyəyə çatan qar

Xarici Xəbərlər. 

Yaponiyada rekord səviyyəyə çatan qar keçən həftənin sonundan başlayıb.

JapanTimes-in verdiyi məlumata görə, Tokionun şimal-qərbindəki sahil şəhərlərində bazar ertəsindən çərşənbə axşamına kimi yağan güclü qar yerli qatarların hərəkətini dayandıraraq, elektrik enerjisinin kəsilməsinə səbəb olmaqla, yüzlərlə avtomobili gecə boyu magistral yollara qapayıb.

Niiqata prefekturasının hökuməti bildirib ki, qarla bağlı qəzalar və ya qar təmizləmə işləri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb. Ölən və yaralananların əksəriyyəti qar təmizləyən və yıxılaraq xəsarət alan yaşlı insanlardır.

Qeyd olunub ki, prefekturada 4 300-ə yaxın ev elektrik xətlərinin qırılması səbəbindən işıqsız qalıb. Aomori, Niiqata, Fukusima və Yamaqata kimi bəzi prefekturalarda qarın qalınlığı bir-iki metr olub ki, bu da ilin bu vaxtı üçün rekord göstəricidir.

Aynur Camal

Oxşar xəbərlər

F-16 təyyarəsi dənizə düşdü

Bugün TV

Kiyev özünü siyasi həll imkanından məhrum etdi – Yüksək səviyyəli rusiyalı diplomat deyir

Aynur Camal

Türk dünyasının mənəvi paytaxtı: Türküstan

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu