Baş xəbərHadisə

Yaponiyada son 125 ilin ən isti yayı yaşanıb

Bugun.tv xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkədə son 125 ilin ən isti yay mövsümünü yaşadığını açıqlayıb.

İyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb. Məlum olub ki, yay mövsümündə orta temperaturun kənarlaşması Selsi üzrə 1,76 dərəcə artıb.

İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da qeydə alınan ən yüksək temperatur qeydə alınıb.

“2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir”, – məlumatda deyilir.

Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə Selsi kimi qeydə alınıb. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günü olub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vanda sərnişin mikroavtobusu aşdı: 14 yaralı

Bugün TV

Fransa Azərbaycandakı maraqlarını niyə açıq ermənipərəst mövqeyə qurban verir?

Aynur Camal

Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu