30 C
Baku
9 İyun 2025, 17:21
Dünya

Yaponiyadan 20 ildə bir ilk: Floppy diskdən istifadə ləğv edildi

Yaponiya 20 ildən sonra bütün sistemlərində disketlərdən istifadəni dayandıraraq nəhəng bir addım atdıqlarını açıqladı.

İllər əvvəl istifadə etdiyimiz disketlər və CD-lər indi portativ və bulud saxlama cihazları ilə əvəz edilmişdir.

İndiki vaxtda bir çox kompüter istehsalçıları hətta disket və CD girişlərini öz məhsullarına daxil etmirlər.

Əslində, ölkəmizdə hətta rəsmi formalar və qeydlər artıq elektron hökumət vasitəsilə rəqəmsal şəkildə edilə bilər.

Texnologiya dedikdə ağıla ilk gələn ölkələrdən biri olan Yaponiyada işlər bir az fərqlidir.

Köhnə texnologiyalardan asanlıqla əl çəkməyən ölkədə hələ də rəsmi proqramlarda disketlərdən və CD-lərdən istifadə olunur. Yaponiyada server mühitlərinin təhlükəsiz olmaması səbəbindən internetdə şəxsi məlumatların saxlanması qadağandır.

İndiyədək Yaponiya vətəndaşları rəsmi formaları və qeydiyyat sənədlərini doldurarkən öz məlumatlarını disketlər, CD-lər, yaddaş kartları və USB disklərlə birlikdə təqdim etməli idilər.

 Yaponiya disketlərdən istifadəni dayandırır

Yaponiya hökuməti 20 ildən sonra bütün sistemlərində disketlərin istifadəsinə son qoyaraq bürokratiyanı modernləşdirmək üçün böyük bir addım atır. Yaponiyanın Rəqəmsal Transformasiya Naziri Taro Kono, “İyunun 28-də disketlərə qarşı müharibədə qalib gəldik” deyib.

Yaponiya hökuməti disketlərdən istifadəni tənzimləyən 1034 reqlamentin hamısını ləğv edib. Əksər sistemlər və prosedurlar onlayn sistemlərə köçürülüb.

Hökumət yeni qərarla vətəndaşlara unikal eyniləşdirmə nömrəsi verəcək və onlar bu nömrə ilə onlayn formalar üçün müraciət edə biləcəklər. Bundan əlavə, şəxsi sənədlər artıq internetə yüklənəcək.

Buna qarşı çıxanlar da var

Bəzi Yaponiya hökumət rəsmiləri disketlərin e-poçtun təmin edə bilməyəcəyi təhlükəsizlik və orijinallıq səviyyəsini təklif etdiyini təkid etməyə davam edir.

Mənbə: EnSonHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə yeni zəlzələ qeydə alınıb

Aynur Camal

Nazir Hakan Fidan ABŞ Dövlət Departamentinin müşaviri Bassı qəbul edib

İntizar Əmirova

Rusiya kosmik siniflər açmağı planlaşdırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu