Dünya

Yaponiyadan dünyaya yayılan “Marimo” çılğınlığı! Sakit və əziyyətsiz “otaq yoldaşı”

Yapon botanik Takiya Kawakami tərəfindən 1898-ci ildə Yaponiyada “Marimo” adlandırılan bəxtiyar mamır elm aləmində Aegagropila linnaei kimi tanınır. Bu gün doğulub boya-başa çatdığı torpaqdan dünyaya yayılan və çılğınlığa çevrilən Marimo ev heyvanı kimi görünür.

Yaşıl mamır topları olaraq da bilinən Marimo, xüsusilə Yaponiyanın Hokkaydo adasındakı Akan gölündə, eyni zamanda İslandiya, Şotlandiya və Estoniyada da görülür.

Dalğaların hərəkəti sayəsində zamanla sferik forma alan Marimos, baxım asanlığı ilə tanınan yavaş böyüyən bitkilərdir. Estetik görünüşü və davamlı quruluşu sayəsində akvariumlarda tez-tez seçilir.

Yapon İstehsalçılarından FÜRSƏT ADDIMI

Yapon istehsalçıları tərəfindən bir fürsət olaraq görülən marimolar indi kiçik şüşə qablarda və ya metal qutularda satılır. Bu konservləşdirilmiş marimolar onları ev heyvanı kimi saxlamaq istəyənlər üçün praktiki həll yolu təklif edir.

Yapon istehsalçılarının fikrincə, marimolara qulluq etmək olduqca sadə görünür. Konservləşdirilmiş suyu müəyyən aralıqlarla təzələmək və marimonun ehtiyac duyduğu günəş işığı ilə təmin edilməsinə diqqət yetirmək kifayətdir.

SAKİT VƏ ZƏHMƏTSİZ “EV DOSTU”

Marimos birbaşa toxuna bilən, yaraşıqlı görünən və həm də maraqlı olan canlı axtarışında olanlar üçün “ev yosunları” kateqoriyasında yeni alternativ təklif edir. Digər ev heyvanlarına nisbətən çox daha az səylə baxıla bilən bu mamırlar, stresdən qurtulmaq və təbiəti ev mühitinə gətirmək istəyənlər üçün yaxşı alternativdir. Həm bitki, həm də canlı varlıq xüsusiyyətlərinə sahib olan Marimo, sakit və zəhmət çəkməyən bir “ev yoldaşı” olaraq xarakterizə edilir.

Yaponiyada marimoların populyasiyasını təbii yaşayış yerlərində qorumaq üçün müxtəlif məhdudiyyətlər var. Belə ki, kommersiya məqsədilə yetişdirilən marimolar xüsusi təsərrüfatlarda nəzarət edilən şəraitdə istehsal olunur. Bu səbəbdən təbii mühitlərdə yaşayan marimoların gələcəyi təmin edilir.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail əsir mübadiləsi üçün azad etdiyi 11 fələstinlini yenidən həbs edib

Aynur Camal

Netanyahunun ABŞ-dakı açıqlamalarına Həmasdan cavab: Tamamilə yalan!

Aynur Camal

Tayvanın Kinmen arxipelaqı yaxınlığında patrulları gücləndirəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu