17 C
Baku
10 İyun 2025, 8:43
DünyaHadisə

Yaponiyanı vuran “Lan” qasırğası nəticəsində 20 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Yaponiyanın mərkəzi və qərbində güclü yağışlarla yanaşı, güclü küləklə də təsirini göstərən Lan tayfunu nəticəsində 20 nəfər xəsarət alıb. Ölkədə daşqınlar, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr yaşanır.

Yaponiya Meteorologiya Agentliyi ölkənin Honsyu bölgəsindəki Kii yarımadasına çatan tayfunun ölkənin şərq və şimalında Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.

Qasırğanın vurduğu ərazilərdə yerli bələdiyyələr 230 mindən çox sakinə daha təhlükəsiz binalarda sığınacaq axtarmaları barədə xəbərdarlıq edib.

Kyodo News xəbər verir ki, qasırğa səbəbindən 650-yə yaxın insan Osaka əyalətindəki Kansai Beynəlxalq Hava Limanında qapalı qalıb, uçuşlar təxirə salınıb.

Yaponiyanın iki ən böyük aviaşirkəti, Japan Airlines (JAL) və All Nippon Airways (ANA) ölkənin qərbindən və ya qərbinə 560-dan çox reysi ləğv edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada helikopter faciəsi! Uçuşdan 10 dəqiqə sonra dənizə düşdü: 3 ölü

Aynur Camal

Yol qəzası: 6 yaralı

Teymur Əziz

Ankarada yaşayan həmyerlilərimiz soyqırımla bağlı tədbir keçirəcək  

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu