DünyaSiyasət

Yaponiyanın baş naziri Ukraynaya səfər edib

Yaponiyanın baş naziri, G7-yə sədrlik edən Fumio Kişida Ukraynaya səfər edib.

Kişidanın Kiyevə gəlişinin məqsədi Ukraynanı və beynəlxalq qaydalara əsaslanan nizamı dəstəkləməkdir.

Bugun.tv xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər informasiya təhlükəsizliyi nəzərə alınmaqla hazırlanıb.Tokio qəbul edilmiş prosedura zidd olaraq, bu haqda əvvəlcədən açıqlama verməyib.

Qeyd edək ki, Kişida bundan əvvəl Hindistanda rəsmi səfərdə idi.

Bu, Kişidanın Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri Ukraynaya ilk gəlişidir. O, ölkəyə səfər edən sonuncu G7 lideri olub. Kishidanı Yaponiya Milli Təhlükəsizlik Şurasının katibi Takeo Akiba və Xarici İşlər Nazirliyinin rəsmiləri müşayiət edirlər.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu