14 C
Baku
22 Noyabr 2024, 4:56
Baş xəbərHadisə

Yaponiyanın Pekindəki səfirliyinə kərpic atıldı

Bugun.tv xəbər verir ki, Fukusima Atom Elektrik Stansiyasında tullantı sularının axıdılması səbəbindən Yaponiya və Çin arasında gərginliyin təsiri davam edir. Pekindəki Yaponiya səfirliyinin binasına kərpic atılıb. Çindəki yapon məktəbləri də hücuma məruz qalıb.

Yaponiyanın ictimai yayımı NHK bildirib ki, insident avqustun 24-də, çirkab suların axıdılmasının başladığı vaxt baş verib. Məlumatda kərpic atan şəxsin Çin vətəndaşı olduğu və polis tərəfindən saxlanıldığı bildirilsə də, hücum edənin kimliyi açıqlanmayıb.

Bildirilib ki, insident zamanı səfirliyin binasına heç bir ziyan dəyməyib və heç bir əməkdaş xəsarət almayıb.

Hayaşi hakimiyyətdən “gərginliyin artmasının qarşısını almaq və Çindəki Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi” tələb edib. Nazir həmçinin Pekin administrasiyasını tullantı sularının axıdılması prosesi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.

Çinin xarici işlər naziri Vanq Venbin bu gün verdiyi açıqlamada səfirlik binasında mühafizənin gücləndirildiyini bildirib.

Digər tərəfdən, baş verənlərə görə Yaponiyanı günahlandıran nazir, “Beynəlxalq ictimaiyyətin etirazlarına məhəl qoymayaraq suyun boşaldılması prosesinə başladılar. Bu, bütün dünyada hiddətə səbəb oldu. Mövcud vəziyyətin əsas səbəbi də budur”, – deyib.

Teymur Əziz

Oxşar xəbərlər

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

Aynur Camal

Divanlı kənd sakinlərinin problemləri müzakirə olunub

Bugün TV

Altı nəfər pulsuz spirtli içkidən zəhərləndi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu